Modern.az

Britaniya İrana əlavə sanksiya tətbiq edəcək

Britaniya İrana əlavə sanksiya tətbiq edəcək

Dünya

20 Oktyabr 2022, 20:56

Böyük Britaniya İrana əlavə sanksiyalar tətbiq edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məlumat verib.

 

O bildirib ki, Ukraynada mülki hədəflərə və kritik infrastruktura hücumda istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatları verən İrana qarşı əlavə sanksiyalar elan ediləcək.

 

"İrana BMT-nin qətnamələrini pozmağa icazə verilə bilməz", - Kleverli "Twitter"də bildirib.

 

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı (Aİ) artıq İrana sanksiyalar tətbiq edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI