Modern.az

Britaniyada sabitlik istəyirik - Makron

Britaniyada sabitlik istəyirik - Makron

Dünya

20 Oktyabr 2022, 21:10

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Liz Trassın istefasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, o, Britaniyada siyasi sabitliyin vacibliyini vurğulayıb.

 

“Biz hər şeydən əvvəl sabitlik istəyirik”, - deyə Makron Brüsseldə Avropa İttifaqının sammitinə gələrkən jurnalistlərə bildirib.

 

O, Trassın istefasından kədərləndiyini qeyd edib: "Şəxsi müstəvidə bir həmkarımın getdiyini görəndə həmişə kədərlənirəm”.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI