Modern.az

Avropa İttifaqı Ukraynaya ayda 1,5 milyard avro verəcək

Avropa İttifaqı Ukraynaya ayda 1,5 milyard avro verəcək

21 Oktyabr 2022, 20:25

Avropa İttifaqı (Aİ) 2023-cü ildə Ukraynaya ayda 1,5 milyard avro yardım ayıracaq.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ liderlərinin sammitindən sonra bildirib.

 

O qeyd edib ki, Avropa İttifaqı bu il artıq Ukraynaya 19 milyard avro ayırıb. Von der Leyen, həmçinin deyib ki, İttifaq Ukraynaya su və elektrik təchizatını bərpa etmək üçün kömək imkanlarını nəzərdən keçirir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi