Modern.az

Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış - Yaralılar var

Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış - Yaralılar var

Dünya

22 Oktyabr 2022, 12:28

Özbəkistanın Müdafiə Nazirliyinə məxsus hərbi anbarda güclü partlayış olub.

 

Modern.az xəbər verir ki, hadisə Sırdərya vilayətində baş verib.

 

Məlumata görə, partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb. Yaralılardan bəziləri xəstəxanaya yerləşdirilib. Hadisə zamanı yaxınlıqdakı yaşayış evlərinə də ziyan dəyib.

 

Partlayışın ilkin səbəbi hələlik açıqlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI