Modern.az

İstanbulda partlayış: Ölən və yaralılar var

İstanbulda partlayış: Ölən və yaralılar var

Dünya

28 Oktyabr 2022, 12:24

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda yerləşən sənaye müəssisəsində partlayış baş verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb.

 

Partlayışın baş verdiyi əraziyə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub.

 

Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.                                    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR