Modern.az

20 ildən sonra Kişinyov-Kiyev dəmir yolu açılır

20 ildən sonra Kişinyov-Kiyev dəmir yolu açılır

Dünya

29 Oktyabr 2022, 18:16

İyirmi illik fasilədən sonra Kişinyov-Kiyev marşrutu üzrə sərnişin qatarlarının hərəkətinə start veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Moldovanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu bildirib.

 

“2022-ci il noyabrın 6-dan Kişinyov-Kiyev dəmir yolu marşrutu fəaliyyətini bərpa edəcək. Qatarlar həftədə üç dəfə Ukraynaya yola düşəcək”, - Spinu qeyd edib.

 

Qatar hər biri Ukraynanın regionlarından birini təmsil edən yeddi vaqondan ibarət olacaq. Marşruta “Moldova Dəmir Yolu” və “Ukrayna Dəmir Yolları” xidmət göstərəcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU