Modern.az

Somalidə terror aktı - Ölən və yaralananlar var 

Somalidə terror aktı - Ölən və yaralananlar var 

Dünya

29 Oktyabr 2022, 18:32

Somalinin paytaxtı Moqadişu şəhərində iki bomba yüklü avtomobil partladılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin "Sonna" dövlət informasiya agentliyi məlumat yayıb 

 

Bildirilir ki, bomba yüklü avtomobil Somalinin Təhsil Nazirliyinin binasına dəyib. Hadisə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

 

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Hadisənin terror aktı olduğu deyilir.

 

 Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU