Cənubi Koreyanın Seul şəhərində şənlik zamanı yaranan kütləvi izdiham nəticəsində ölənlərin sayı 153 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında 97 qadın var.
***
08:02
Oktyabrın 29-da Seulda təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaşanıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
Modern.az xəbər verir ki, həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan vətəndaşları da daxil olmaqla 19 əcnəbi də var.
Hadisədə ölənlərin çoxunun 20 yaş civarındakı gənclər olduğu bildirilir. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub.
Seul hökumətinin məlumatına görə, hadisədən sonra 355 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
***
Seulun mərkəzində Hellouin bayramında yaşanan izdiham nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.
Modern.az xəbər verir ki, yaralıların sayı ən azı 150 nəfərdir.
***
22:41
Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində Hellouin bayramında ölənlərin sayı 120 nəfərə çatıb.
Bu barədə Modern.az "Reuters"ə istinadən xəbər verir.
İzdiham zamanı yaralanan şəxslərin sayının 100-dən çox olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl 59 nəfərin öldüyü, azı 150 nəfərin yaralandığı deyilirdi.
***
21:35
Cənubi Koreyanın paytaxtı Seul şəhərində Hellouin bayramı münasibətilə keçirilən şənliklərdə izdiham yaşanıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən yazıb.
İzdiham nəticəsində 59 nəfər həlak olub, 150 nəfər yaralanıb. Həlak olanların ürəktutmadan öldüyü bildirilir. İlkin məlumata görə, 20 nəfər xəstəxanaya aparılıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Cənubi Koreya prezidenti Yon Suk-Yeol hadisə ilə əlaqədar fövqəladə iclas keçirib.
Akif İsmayılov