Modern.az

İmran Xanın maşını jurnalisti vurub öldürdü

İmran Xanın maşını jurnalisti vurub öldürdü

Dünya

31 Oktyabr 2022, 10:44

Pakistanda yerli televiziya müxbiri Sədəf Naeemi keçmiş baş nazir İmran Xanın avtomobili ilə vurulub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində jurnalistin öldüyü bildirilir.

Qəza zamanı maşında İmran Xan da olub. Jurnalist İmran Xanın tərəfdarlarının İslamabada yürüşünü işıqlandırırmış. Hadisədən sonra İmran Xanın rəhbərlik etdiyi qurum yürüşü dayandırıb və keçmiş baş nazir hadisə ilə bağlı başsağlığı verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır