Modern.az

Kiyevə 3 milyard dollarlıq yardım - Bu ölkə qarşı çıxdı

Kiyevə 3 milyard dollarlıq yardım - Bu ölkə qarşı çıxdı

Dünya

9 Noyabr 2022, 20:42

Avropa İttifaqı (Aİ) bu il Ukraynaya daha 3 milyard dollar maliyyə yardımı etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) vitse-prezidenti Valdis Dombrovskis Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

 

Təşkilat Ukraynaya noyabrda 2,5 milyard avro, dekabrda daha 500 milyon avro makromaliyyə yardımı köçürməyi planlaşdırır.

 

AK rəsmi olaraq 2023-cü ildə Kiyevə 18 milyard avro vəsaitin ayrılması təklifini açıqlayıb. AK rəhbəri Ursula fon der Lyayenin bu məsələni noyabrın 6-da müzakirəyə çıxarmaq istədiyi bildirilir.

 

"Bloomberg"in məlumatına əsasən, Macarıstan hakimiyyəti Ukraynaya 18 milyard avro verilməsi qərarını əngəlləməklə hədələyir. Nəşrin yazdığına görə, Budapeşt koronavirus məhdudiyyətlərindən sonra iqtisadiyyatın bərpası üçün Aİ-dən vəsait almaq istəyir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək