Modern.az

Rusiya Ukrayna ilə dialoqa hazır olduğunu BƏYAN ETDİ

Rusiya Ukrayna ilə dialoqa hazır olduğunu BƏYAN ETDİ

Dünya

11 Noyabr 2022, 15:28

Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Ukrayna ilə ilkin şərt olmadan dialoqa hazır olduğunu bildirib.


Modern.az “Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıb.

O bildirib ki, Rusiya Ukrayna ilə ilkin şərt olmadan dialoqa hazırdır: “Ukrayna Rusiyaya qarşı hansısa şərt irəli sürməməlidir”.

“Biz əvvəllər buna hazır idik, Kiyev Qərb kuratorlarının əmri ilə, ümumiyyətlə, irəliyə doğru gedən, müəyyən bir sənəd işlənən dialoqu kəsdi, indi hər şey keçmişdə qalıb. Bundan sonra nə olacağı bizdən asılı deyil”, - Ryabkov bildirib.


Xarici işlər nazirinin müavini əmindir ki, “Əgər Kiyevə müvafiq paytaxtlardan sifariş verilsə”, o zaman belə dialoq şansı artacaq.


Bundan əvvəl ABŞ Rusiya-Amerika münasibətləri ilə bağlı Rusiya ilə birbaşa danışıqlar apardıqlarını, Ukrayna mövzusuna toxunulmadığını bildirmişdi.


Noyabrın 10-da Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların mümkünlüyünü açıqladı və qeyd etdi ki, Moskva sülhü bərpa etməyə hazır olanda o, qapını bağlamadı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI