Modern.az

Zelenski Türkiyəyə başsağlığı verdi 

Zelenski Türkiyəyə başsağlığı verdi 

Dünya

13 Noyabr 2022, 21:15

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda baş verən partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında türk dilində yazıb.

 

"İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insanın həlak olduğu və yaralandığı xəbərini dərin hüznlə öyrəndim. Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir", - paylaşımda deyilir.

 

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 53 nəfər yaralanıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək