Modern.az

Türkiyədəki gizli görüşdə nələr müzakirə olunur?

Türkiyədəki gizli görüşdə nələr müzakirə olunur?

Dünya

14 Noyabr 2022, 18:15

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Türkiyəyə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Ev rəsmilərinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, Börns Rusiyanın Ukraynada nüvə silahından istifadəsinin nəticələri barədə xəbərdarlıq etmək üçün Rusiyanın xarici kəşfiyyat rəhbəri ilə danışıqlar aparmaq niyyətindədir. 

 

Türkiyədə ABŞ-Rusiya görüşləri barədə ilk xəbəri Rusiyanın “Kommersant” qəzeti yayıb. Nəşr naməlum mənbəyə istinadən Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin danışıqlarda iştirak edəcəyini bildirib.

 

Ağ Ev nümayəndəsi qeyd edib ki, Börnsün Türkiyəyə səfəri barədə Ukrayna əvvəlcədən məlumatlandırılıb. O əlavə edib ki, Börns Ukraynadakı müharibənin həllini müzakirə etmir, ancaq Rusiyanın nüvə silahından istifadəsinin nəticələrinə dair mesaj verir. Adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, Börns Rusiyada saxlanılan amerikalılar barədə də müzakirələr aparacaq.

 

“Kommersant”ın yaydığı xəbərə gəlincə, Kreml məlumatı nə təsdiq, nə də təkzib edə biləcəklərini açıqlayıb.

 

Xatırladaq ki, Börns 2021-ci ildə prezident Co Baydenin göstərişi ilə Rusiya lideri Vladimir Putinlə görüşüb, Vaşinqtonun Ukrayna ətrafında rus qoşunlarının toplanması ilə bağlı narahatlığını dilə gətirib. Bu ay ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Ukraynada daha geniş müharibə riskini azaltmaq məqsədi ilə yüksək rütbəli Rusiya rəsmiləri ilə məxfi danışıqlar apardığına dair xəbərlər ortaya çıxıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu