Modern.az

Paşinyan Trüdo ilə müzakirələr apardı

Paşinyan Trüdo ilə müzakirələr apardı

19 Noyabr 2022, 18:49

Ermənistanın Baş naziri Nikol Paşinyan Tunisin Cerba şəhərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci sammiti çərçivəsində Kanadanın Baş naziri Castin Trüdo ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 

Bildirilib ki, tərəflər söhbət zamanı Kanada hökumətinin Ermənistanda səfirlik açması barədə qərarına toxunublar.

 

Bundan əlavə, görüşdə Cənubi Qafqazda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu