Modern.az

Tramp \"Twitter\"ə qayıtmaq fikrində deyil 

Tramp \

20 Noyabr 2022, 21:32

ABŞ-ın 45-ci prezidenti Donald Tramp "Twitter"ə qayıtmaq fikrində deyil.

 

Modern.az xəbər verir ki, bunu Tramp Respublika Yəhudi Koalisiyasının rəhbərliyinin illik toplantısından əvvəl virtual çıxışı zamanı deyib.

 

O bildirib ki, sosial şəbəkənin yeni sahibi İlon Mask hesabını bərpa etdikdən sonra belə "Twitter"ə qayıtmaq üçün “heç bir səbəb” görmür.

 

“Mən bunun üçün heç bir səbəb görmürəm, "Twitter"də çoxlu problemlər var, görürsünüz nələr baş verir”, - o qeyd edib.

 

Akif İsmayılov 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu