Modern.az

Rusiya hər gün geriləyir - Stoltenberq

Rusiya hər gün geriləyir - Stoltenberq

Dünya

21 Noyabr 2022, 14:40

“Rusiya Ukraynanı bir neçə günə işğal edə biləcəyini hesab edirdi. Ukrayanaya hücumdan artıq doqquz ay keçib və Rusiya hər gün geriləyir”.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68-ci sessiyasında bildirib.

 

Stoltenberq qeyd edib ki, Ukrayna öz torpaqlarını azad edir və bunun ən yaxşı nümunəsi Xersondur.

 

Bununla belə, Baş aktib Rusiyanın çox sayda hərbi texnikasının olduğunu söyləyib: "Rusiyanın hələ çox sayda hərbi qüvvələri, canlı qüvvəsi var. Bu gün Rusiya dronlarla, raketlərlə Ukrayna şəhərlərini, mülki əhalini, infrastrukturu hədəf alır".

 

"Müharibə bütün Avropaya təsir edir. Enerji və ərzaq qiymətləri artır, bizim bu itkilərimiz pulla ölçülür, ancaq ukraynalıların itkiləri qanla. Əgər Prezident Putinin qalib gəlməsinə imkan versək, biz bunun bədəlini ödəyəcəyik. Avtoritar rejimlər güc vasitəsilə hər şeyə nail ola biləcəklərini düşünəcəklər. Biz Ukraynaya yardım siyasətimizi davam etdirməliyik", - NATO rəhbəri qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu