Modern.az

Ermənistan rəsmisi İrana gəldi, bir sıra görüşlər keçirdi

Ermənistan rəsmisi İrana gəldi, bir sıra görüşlər keçirdi

Dünya

21 Noyabr 2022, 18:44

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Səfəryanın rəhbərlik etdiyi nümayəndə heyəti İran xarici işlər nazirinin müavini Əli Baqeri ilə də görüş keçirib.

 

Tərəflər Ermənistan və İran arasında qarşılıqlı fəaliyyəti, əldə edilmiş razılaşmaların icra prosesini, siyasi, ticarət-iqtisadi və regional təhlükəsizliyin təmin edilməsini, çoxtərəfli platformalarda bir sıra əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Akif İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu