Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktına görə "Hüsam" ləqəbli terrorçu daxil olmaqla daha 5 nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bununla da, hadisə ilə əlaqədar həbs edilənlərin ümumi sayı 24-ə çatıb.
Qeyd edək ki, noyabrın 13-də İstiqlal prospektində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Akif İsmayılov