Modern.az

Paşinyan istintaqa cəlb edildi 

Paşinyan istintaqa cəlb edildi 

24 Noyabr 2022, 23:52

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanda bir qrup yüksək vəzifəli şəxsin öz səlahiyyətlərindən sui-istifadə etməsi faktı ilə əlaqədar başlanılmış cinayət işi üzrə bir neçə məmur dindirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

 

Qurum dindirilən şəxslərin adlarını açıqlamayıb. Cinayət işi çərçivəsində prosesə şahid qismində cəlb olunan Baş nazir Nikol Paşinyan da dindirilib.

 

Qeyd edək ki, 44 günlük müharibədə ölən erməni hərbçilərin yaxınları dəfələrlə Ermənistan Baş Prokurorluğunun binası qarşısında aksiyalar keçirib, Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür