Amerikalı yazıçı Elizabet Jean Carroll sabiq prezident Donald Trampı məhkəməyə verib.
Modern.az xəbər verir ki, yazıçı Trampı ona təcavüz etməkdə günahlandırır.
Onun sözlərinə görə, hadisə 1995-ci ildə Nyu-Yorkdakı lüks univermaqlarının birinin soyunub-geyinmə otağında baş verib.
Yazıçı ilk dəfə belə iddia ilə 2019-cu ildə gündəmə gəlib. O, həmin vaxt Trampın gücündən qorxduğu üçün polisə getmədiyini deyib.
Xatırladaq ki, ittihamın ilk dəfə gündəmə gəldiyi vaxt ABŞ prezidenti olan Tramp Carrollu tanımadığını demişdi: “Onsuz da o, mənim tipim deyil”.