Modern.az

Tokayev Putinlə görüşə gedir

Tokayev Putinlə görüşə gedir

25 Noyabr 2022, 14:36

Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı məsələlərini müzakirə edəcəklər.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.


"Noyabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Rusiyaya səfər edəcək. Bu, onun yenidən prezident seçildikdən sonra ilk rəsmi xarici səfəri olacaq”, - məlumatda deyilir.


Bildirilir ki, danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı, eləcə də Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyət perspektivlərinin müzakirəsi planlaşdırılır.


Prezidentlər danışıqların yekunu üzrə Rusiya Federasiyası ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə dair bəyannamə imzalayacaqlar.


Qeyd olunur ki, Putin və Tokayev Orenburqda keçiriləcək Rusiya və Qazaxıstanın XVIII Regionlararası Əməkdaşlıq Forumunun plenar sessiyasının iştirakçılarına video vasitəsilə müraciət edəcəklər.


“Bir sıra ikitərəfli sənədlərin, o cümlədən Rusiya Federasiyası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Bəyannamənin imzalanması gözlənilir”, - məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır