İtaliyanın İskiya adasında aramsız yağıntılar nəticəsində torpaq sürüşməsi baş verib.
Modern.az İtaliya KİV-lərinə istinadən xəbər verir ki, səhər saatlarında baş vermiş hadisə nəticəsində azı 13 nəfər itkin düşmüşüb.
İtkinlər arasında bir ailə, o cümlədən yeni doğulan körpə də var.
Qeyd edək ki, İtaliyanın mərkəzi və cənub bölgələrində şiddətli yağıntılarla əlaqədar "narıncı" təhlükə səviyyəsi elan edilib.