Modern.az

10-dan çox ev torpaq altında qaldı - Ölənlər var

10-dan çox ev torpaq altında qaldı - Ölənlər var

26 Noyabr 2022, 20:47

İtaliyanın İskiya adasında əlverişsiz hava şəraiti səbəbindən sürüşmə baş verib.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb.

 

Bildirilir ki, adada şiddətli yağışlar olub və bəzi evlər sürüşməyə görə dağılıb.

 

İtaliya mətbuatının yaydığı xəbərə əsasən, sürüşmə zamanı 10 ev və çoxlu sayda nəqliyyat vasitəsi torpaq altında qalıb, 13 itkin düşmüş şəxsin axtarışları davam edir.

 

Sürüşmənin baş verdiyi ərazidə 30-a yaxın ailə susuz və işıqsız qalıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama