Modern.az

Rusiyalı iş adamı helikopter qəzasında öldü

Rusiyalı iş adamı helikopter qəzasında öldü

28 Noyabr 2022, 11:37

İsveçrədən Monakoya uçan helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, ölənlərdən biri “Forex Club”ın təsisçisi, rusiyalı biznesmen Vyaçeslav Taran, digəri isə 35 yaşlı pilotdur.

 

Helikopterin məxsus olduğu şirkət “Monacair” rəsmi olaraq istintaqın təfərrüatlarını şərh etməyib.

 

Xatıladaq ki, V.Taran Rusiyanın “Forex” bazarında 3 aparıcı iştirakçıdan biri olan şirkətlər qrupunu – “Forex Club”ı təsis edib. Şirkətlər qrupuna maliyyə və təhsil şirkətləri daxildir. Rusiyalı iş adamı son 10 ildə Monakoda yaşayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu