Modern.az

“Karantin tədbirlərini optimallaşdırmaq lazımdır” – Çin rəsmisi

“Karantin tədbirlərini optimallaşdırmaq lazımdır” – Çin rəsmisi

1 Dekabr 2022, 09:30

Çin Dövlət Şurasının sədr müavini Sun Çyunlan ölkədəki etirazlar fonunda karantin tədbirlərinin optimallaşdırılması barədə danışıb.

 

Modern.az “Kommersant”a istinadən xəbər verir ki, S.Çyunlan pandemiya ilə mübarizə çərçivəsində ölkə qarşısında yeni vəzifələrin durduğunu söyləyib.

 

“Koronavirusun “omikron” ştammının patogenliyinin zəiflədilməsi, əhalinin vaksinasiyası prosesində səylərin artırılması və COVID-19-a qarşı immunitetin möhkəmlənməsi üçün yeni situasiyada ölkə qarşısında epidemiya ilə bağlı profilaktik tədbirlər davam etdirilməlidir”, - deyə S.Çyunlan qeyd edib.

 

Onun sözlərinə görə, koronovirus pandemiyasının nəzarətdə saxlanılması və testləşdirmə yolu ilə yoluxanların müəyyən olunması çox vacibdir.

 

Qeyd edək ki, keçən həftədən bəri Çinin müxtəlif regionlarındakı böyük şəhərlərdə sərt karantin rejimi və məhdudiyyətlərlə bağlı kütləvi etirazlar keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI