Modern.az

İranda polis atəş açdı - 6 yaşlı qız gözünü itirdi

İranda polis atəş açdı - 6 yaşlı qız gözünü itirdi

1 Dekabr 2022, 10:18

İranda daha bir azyaşlı hərbi-polis qüvvələrinin hədəfinə tuş gəlib.

 

Modern.az xəbər verir ki, 6 yaşlı Beyta Kiyani İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyvanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində bir gözünü itirib.

 

Qeyd edək ki, bu ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı etiraz aksiyaları bürüyüb. Nümayişlər iki aydan çoxdur ki, davam edir. Davam edən aksiyalarda yüzlərlə insan öldürülüb. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir