Taliblər “Azadlıq” və “Amerikanın səsi”ni kəsdilər

Taliblər “Azadlıq” və “Amerikanın səsi”ni kəsdilər

Dünya

1 Dekabr 2022, 11:24

Əfqanıstanda “Taliban” hərəkatının formalaşdırdığı müvəqqəti hökumət “Azadi” (“Azadlıq” radiosu) və “Amerikanın səsi” radiostansiyalarının FM diapazonunda yayımını qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Khaama Press” informasiya agentliyi Əfqanıstan Mədəniyyət və İnformasiya Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

 

“Əfqanıstanda “Azadi” və “Amerikanın səsi” radiolarının yayımı ABŞ işğalından sonra başlayıb, indi isə hadisələrin birtərəfli işıqlandırılması və jurnalist etikasına riayət edilməməsi səbəbindən dayandırılır”, - deyə nazirliyin yayıma nəzarət xidmətinin rəhbəri Abdul Haqq Hamada bildirib.

 

Qeyd edilib ki, hər iki radionun yayımı dekabrın 1-dən dayandırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyədə dəhşət davam edir: Daha iki zəlzələ