Modern.az

PKK Suriyada terror aktı törətdi – dinc sakinlər öldü

PKK Suriyada terror aktı törətdi – dinc sakinlər öldü

Dünya

1 Dekabr 2022, 16:10

PKK terror təşkilatı Suriyanın şimalında terror aktı törədib.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə “Barış Pınarı” əməliyyatının keçirildiyi ərazilərdə - Tel-Abyad rayonunda baş verib.

 

Məlumata görə, PKK yaşayış evlərindən birinə raket atıb. Nəticədə 2 dinc sakin həyatını itirib, daha 2 nəfər isə xəsarət alıb.

 

Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib.

 

Qeyd edək ki, Tel-Abyad bölgəsi 2019-cu ilin oktyabrında Türkiyə ordusu tərəfindən keçirilən əməliyyatla PKK terrorçularından təmizlənib. Bununla belə, terrorçular vaxtaşırı olaraq ərazidə təxribatlar törətməyə cəhd edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?