Rusiyada bina çökdü: ölənlər və yaralılar var

Rusiyada bina çökdü: ölənlər və yaralılar var

4 Dekabr 2022, 18:44

Rusiyanın Xantı-Mansiysk Muxtar dairəsinin Nijnevartovsk şəhərində yaşayış binasında partlayış olub.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Mir küçəsində baş verib. 

 

İlkin məlumata görə, beşmərtəbəli binanın ikinci və üçüncü mərtəbəsinin dağılması nəticəsində azı 5 nəfər həlak olub, xəsarət alanlar var.

 

Şəhər rəhbərliyi bildirib ki, hadisə zamanı xəsarət alan 10 nəfər xəstəxanalara yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili: Xankəndidə dinc əhalini separatçı qalıqları girov götürdü