Modern.az

Bu ölkədə 375 min mina məhv edilib

Bu ölkədə 375 min mina məhv edilib

4 Dekabr 2022, 20:13

Vətəndaş müharibəsinin yaşandığı Yəməndə təxminən 4,5 il ərzində 375 mindən çox mina və partlamamış hərbi sursat məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Yəməndə minaları təmizləmək üçün başlatdığı Minalardan Təmizləmə Layihəsinin (MASAM) "Twitter" hesabında məlumat yer alıb.

 

Təkcə ötən ay 5084 mina və partlamamış hərbi sursatın tapıldığı və zərərsizləşdirildiyi bildirilib.

 

İnsan haqları təşkilatları Yəməndə əksəriyyəti qadın və uşaqlar olmaqla 8 mindən çox insanın mina qurbanı olduğunu açıqlayıb.

 

Məlumat görə, 2014-cü ildə vətəndaş müharibəsi başlayandan bəri İranın dəstəklədiyi "Husi" qiyamçıları ölkə daxilində 2 milyona yaxın mina basıb. Bu minalar minlərlə dinc sakinin ölümünə və ya yaralanmasına səbəb olub. 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı