İstanbulda tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanların sayı 33 nəfərə yüksəlib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Modern.az xəbər verir ki, hadisə ilə bağlı İstanbul valisi Ali Yerlikaya açıqlama yayıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Məlumata görə, qəzaya tramvay xəttindəki siqnal sisteminin işləməməsi səbəb olub.
***
11:00
Türkiyənin İstanbul şəhərində tramvay və avtobusun toqquşması nəticəsində qəza baş verib.
Modern.az “A Haber”ə istinadən xəbər verir ki, hadisə Alibeyköy ərazisində yaşanıb.
Qəza nəticəsində 19 nəfər yaralanıb. Məlumata görə, xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisənin səbəbləri barədə araşdırmalara başlandığı qeyd olunub.