Modern.az

Almaniya Avropanın təhlükəsizliyinin qarantı olmaq İSTƏYİR

Almaniya Avropanın təhlükəsizliyinin qarantı olmaq İSTƏYİR

5 Dekabr 2022, 19:58

Almaniya Avropanın təhlükəsizliyinin qarantı olmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində bildirib.

 

Onun sözlərinə görə, Almaniya BMT Nizamnaməsinin prinsipləri əsasında dünya nizamının möhkəmlənməsi üçün səylərini əsirgəmir. 

 

Şolts həmçinin bildirib ki, Almaniyanın rifahı, təhlükəsizliyi və demokratiyası ümumi qaydalara riayət etməkdən asılıdır.

 

"Buna görə də Almaniya müttəfiqlərimizin gözlədiyi kimi Avropanın təhlükəsizliyinin təminatçısı olmağa, Avropa İttifaqı daxilində körpülər qurmağa və qlobal məsələlər üzrə çoxtərəfli qərarların tərəfdarı olmağa çalışır", - kansler qeyd edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Raketlər İrana tuşlandı - Hücum başlayır - Xəbəriniz Var?