Modern.az

Yaponiya müdafiə büdcəsini 50%-dən çox artırır

Yaponiya müdafiə büdcəsini 50%-dən çox artırır

6 Dekabr 2022, 09:30

Yaponiya 2023-2027-ci illəri əhatə edən 5 illik müdafiə büdcəsini 50%-dən çox artırmağı planlaşdırır.

 

Modern.az “Nikkei Asia” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kişida Fumionun müdafiə və maliyyə nazirləri ilə keçirdiyi toplantıda qərar qəbul olunub.

 

Qərara əsasən, hərbi büdcənin 318 milyard ABŞ dollarına çatdırılması hədəflər arasındadır. Bu, müdafiə xərclərinin 50%-dən çox artırılması deməkdir.

 

Bildirilib ki, bundan başqa müdafiə və milli təhlükəsizlik sahələrinə aid olan 3 milli doktrinanın ilin sonuna qədər yenilənməsi də nəzərdə tutulub.

 

Qeyd edək ki, Yaponiya II Dünya müharibəsində nasist Almaniyasının müttəfiqi kimi məğlub olduğu üçün beynəlxalq müqavilələrlə uzun müddət militarizasiya prosesi aparmaq hüququndan məhrum edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?