Modern.az

Düşmənin vacib obyekti məhv edilib – Ukrayna Baş Qərargahı

Düşmənin vacib obyekti məhv edilib – Ukrayna Baş Qərargahı

Dünya

6 Dekabr 2022, 09:48

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ilə müharibədəki son vəziyyətlə bağlı məlumat yayıb.

 

Modern.az “Unian”a istinadən xəbər verir ki, son açıqlamada Rusiya ordusunun şəxsi heyətinə, hərbi texnikasına zərbələr endirildiyi bildirilib.

 

“Son sutka ərzində müxtəlif nöqtələrə 15 zərbə endirilib. Həmçinin Ukrayna ordusu Rusiyanın zenit-raket kompleksləri olan hədəflərə 5 zərbə vurub. Düşmənin bir vacib obyekti tamamilə məhv edilib”, - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, eləcə də qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü