Modern.az

Minlərlə toyuq məhv edildi – Quş qripinə görə

Minlərlə toyuq məhv edildi – Quş qripinə görə

Dünya

6 Dekabr 2022, 10:54

Tayvan adasında quş qripinin yayılması təhlükəsi ortaya çıxıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, adadakı Pinqtunq şəhərinin Yanpu qəsəbəsindəki fermalardan birində quş qripi virusu (H5N2) aşkarlanıb.

 

Virusun yayılmasının qarşısını almaq məqsədilə yerli səhiyyə və baytarlıq orqanları fermadakı 8600 toyuğun məhv edilməsini həyata keçiriblər.

 

Xəstə quşlardan götürülmüş nümunələr araşdırılması üçün laboratoriyaya göndərilib.

 

Pinqtunq şəhərində quş qripi ilə bağlı tədbirlərə başlanılıb. Şəhərin şimalı riskli zona elan edilib və ərazidəki bütün təsərrüfatlarda dezinfeksiya və dərmanlama işlərinin həyata keçiriləcəyi açıqlanıb.

 

Əhaliyə ehtiyatlı olmaq barədə çağırış edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır