Modern.az

Rusiya bu ölkələrlə əməkdaşlığı gücləndirir

Rusiya bu ölkələrlə əməkdaşlığı gücləndirir

Dünya

6 Dekabr 2022, 11:54

“Rusiya Çin, İran, Hindistan və Türkiyə ilə əməkdaşlığı gücləndirəcək”.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov söyləyib.

 

Onun sözlərinə görə, rəsmi Moskva öz suverenliyinə hörmət edən və əməkdaşlığı mənasız konfrontasiyadan üstün tutan tərəflərlə əməkdaşlıq etməyi dərinləşdirəcək.

 

“Cənubi-şərqi Asiya, Yaxın Şərq ölkələri, ərəb və müsəlman ölkələri ilə əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzindədir. Həmçinin Rusiya Çin, İran, Hindistan və Türkiyə ilə əməkdaşlığı gücləndirəcək”, - deyə Uşakov bildirib.

 

O əlavə edib ki, Avrasiya məkanındakı ölkələr dünyada yeni çoxluğu formalaşdırmalıdırlar: “Bu çoxluq ədalət və universallıq prinsiplərinə söykənməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir