Modern.az

Yunanıstana qaçmaq istəyən terrorçular sərhəddə TUTULDU

Yunanıstana qaçmaq istəyən terrorçular sərhəddə TUTULDU

Dünya

6 Dekabr 2022, 12:23

Türkiyədən qanunsuz yollarla Yunanıstana keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat paylaşılıb.

 

Məlumata görə, araşdırmalar nəticəsində saxlanılanlardan 2 nəfərin terrorçu olduğu üzə çıxıb.

 

"Hüdud qartallarımız ölkəmizdən Yunanıstana qanunsuz şəkildə keçməyə çalışan 5 şəxsi yaxalayıb. Onlardan 1 nəfərin FETO, 1 nəfərin isə PKK/KCK terror təşkilatının üzvü olduğu müəyyən edilib", - deyə məlumatda qeyd olunub.

 

Hazırda digər saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür