Modern.az

Ukraynada 17 mindən çox mülki şəxs ölüb - BMT

Ukraynada 17 mindən çox mülki şəxs ölüb - BMT

Dünya

6 Dekabr 2022, 22:17

Ukraynada müharibə dövründə həlak olan mülki şəxslərin sayı 17 min nəfəri ötüb. 

 

Modern.az xəbər verir ki, bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib. 

 

O vurğulayıb ki, BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin məlumatına əsasən, fevralın 24-dən dekabrın 1-dək Ukraynada 17 min 23 mülki şəxs, o cümlədən 419 uşaq həlak olub. 

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynada tibb infrastrukturuna 715 hücum, o cümlədən tibb müəssisələrinə 630 və tibb işçilərinə 61 hücum qeydə alıb. Diqqətə çatdırılıb ki, bu rəqəmlər cari ildə dünya üzrə tibb müəssisələrinə hücumun 70 faizini təşkil edir.

 

Bundan başqa, Ukraynada 14 milyona yaxın insan evlərini tərk etməyə məcbur olub ki, onlardan 6,5 milyonu ölkə daxilindədir, 7,8 milyondan çoxu isə Avropada yerləşib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!