Modern.az

Rusiya BMT-də iclas tələb etdi

Rusiya BMT-də iclas tələb etdi

Dünya

6 Dekabr 2022, 23:15

Rusiya Ukraynaya Qərb silahlarının tədarükü mövzusunda BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

 

“Ukrayna üçün nəzərdə tutulan Qərb silahları getdikcə təkcə Avropada deyil, həm də Yaxın Şərq və Afrikada müxtəlif  quldurların? terrorçuların əlinə keçir. Bu problem beynəlxalq sülh və təhlükəsizliyə real təhlükə yaradır və Təhlükəsizlik Şurasının diqqətinə layiqdir. Buna görə də biz Hindistan sədrliyindən 9 dekabr cümə günü bununla bağlı ayrıca iclas çağırmağı xahiş edirik”, - deyə Nebenzya bildirib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı