Modern.az

Çin lideri 6 ildən sonra Səudiyyəyə gedir

Çin lideri 6 ildən sonra Səudiyyəyə gedir

Dünya

6 Dekabr 2022, 23:40

Çin lideri Si Cinpin çərşənbə günü Səudiyyə Ərəbistanına səfər edəcək.

 

Modern.az Səudiyyə dövlət mediasına istinadən xəbər verir ki, səfər üç gün davam edəcək.

 

Bu, Çin liderinin 2016-cı ildən bəri krallığa ilk səfəridir. Səfər çərçivəsində Səudiyyə Ərəbistanı kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşlər keçiriləcək.

 

Si Cinpin, həmçinin Fars Körfəzi Əməkdaşlıq Şurasının liderləri ilə sammitdə iştirak edəcək və digər Yaxın Şərq ölkələrinin liderləri ilə görüşəcək.

 

Onu da bildirək ki, Çin Səudiyyə Ərəbistanının xam neftinin ən böyük alıcısıdır və Səudiyyənin neft ixracının təxminən dörddə biri Çinə gedir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!