Modern.az

Azərbaycan \"qaz qovşağı\" layihəsini dəstəkləyir - Türkiyəli nazir 

Azərbaycan \

7 Dekabr 2022, 00:58

Azərbaycan və bir sıra digər ölkələr Rusiya tərəfindən təklif olunan və Türkiyədə həyata keçiriləcək “qaz qovşağı” layihəsinə dəstək ifadə ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

 

“Azərbaycan Prezidenti İlham Əliyev bu layihəni dəstəklədiyini bildirib. Həftənin sonunda Azərbaycan nümayəndə heyəti İstanbulda mənim qonağım olacaq, biz bu layihəni müzakirə edəcəyik”, - nazir vurğulayıb.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Şimal axını” qaz boru kəmərlərindəki təxribatlardan sonra Türkiyədə qaz qovşağı yaratmağı təklif etmişdi. Bu qovşaq vasitəsilə Rusiya qaz tranzitini Şimal axınından Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər.

 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər. Nazir Dönməz isə bildirib ki, Rusiya prezidentinin Türkiyədə təklif etdiyi qovşaq layihəsi çərçivəsində qazpaylama mərkəzi ölkənin Avropa hissəsi olan Frakiyada yerləşəcək.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?