Modern.az

Yunanıstanda dinləmə skandalı - Müxalifət hərəkətə keçdi

Yunanıstanda dinləmə skandalı - Müxalifət hərəkətə keçdi

7 Dekabr 2022, 09:28

Yunanıstanda müxalif Dəyişiklik Hərəkatının (KİNAL) sədri Nikos Androlakisin ölkənin təhlükəsizlik orqanları tərəfindən dinlənilməsi böyük skandala səbəb olub.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, müxalif təşkilat hadisə ilə bağlı yeni açıqlama yayıb.

 

Məlumata görə, müxalifət liderinin dinlənilməsini Baş nazir Kirakos Miçotakis təsdiq etsə də, bununla bağlı sənədlərin və sübutların təqdim olunmasına, siyasətçinin hüquqi baxımdan müdafiəsini təşkil etmək üçün şəraitin formalaşmasına imkan verilməyib.

 

Buna görə də N.Androlakis Avropa İnsan Haqları Konvensiyasının 13-cü maddəsindən irəli gələn məhkəməyə müraciət hüququnun pozulduğunu əsas gətirərək Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edəcəyini bəyan edib.

 

Qeyd edək ki, bu ilin iyul ayında müxalif siyasətçi məsələ ilə bağlı Ali Məhkəməyə müraciət etmişdi. Ölkənin Rabitə Nazirliyi isə rəsmi şəkildə KİNAL sədrinin Yunanıstan Kəşfiyyat Təşkilatı (EYP) tərəfindən dinləndiyini bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir