Modern.az

Rusiyanın Almaniyada dövlət çevrilişi cəhdi - YENİLƏNİB

Rusiyanın Almaniyada dövlət çevrilişi cəhdi - YENİLƏNİB

Dünya

7 Dekabr 2022, 11:32

Almaniyada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinərək saxlanılanlar arasında Rusiya Federasiyası vətəndaşı da var. 


Modern.az xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.


Almaniya Baş Prokurorluğu şübhəlilərin Rusiya nümayəndələri ilə əlaqə saxladıqlarını, lakin heç bir dəstək almadıqlarını bildirib.

 

Qeyd edək ki, Almaniyada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 27 nəfərlə bağlı istintaq işləri davam etdirilir.

 

***

11:20

 

Almaniyada dövlət çevrilişinə cəhddə şübhəli bilinən 25 nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "FOCUS online" xəbər portalı məlumat yayıb. 

 

Bildirilib ki, hazırda şübhəlilər barədə araşdırma davam etdirilir. Dövlət çevrilişinə cəhdin detalları hələlik açıqlanmayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı