Modern.az

Türkiyədə genişmiqyaslı əməliyyat - Xeyli sayda saxlanılan var

Türkiyədə genişmiqyaslı əməliyyat - Xeyli sayda saxlanılan var

7 Dekabr 2022, 12:30

Türkiyənin İzmir şəhərində genişmiqyaslı əməliyyat keçirilib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İzmir vilayətinin polisi məlumat yayıb.

 

Eyni vaxtda bir neçə ünvanda keçirilən əməliyyat nəticəsində 41 şəxsin saxlanıldığı bildirilib. Həmçinin xeyli sayda silah-sursat, tüfəng və tapançalar, narkotik maddələr aşkar olunaraq götürülüb.

 

Məlumata görə, İzmirdə kustar üsulla tapança istehsal edən emalatxana ortaya çıxıb. Havadan dəstəyin göstərilməsi ilə keçirilən əməliyyatın İzmirlə yanaşı, başqa 4 vilayətdə gerçəkləşdirildiyi qeyd olunub.

 

Hazırda faktlarla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir