Modern.az

İstəsələr prezidentliyə namizəd olaram - Mansur Yavaşdan iddialı açıqlama

İstəsələr prezidentliyə namizəd olaram - Mansur Yavaşdan iddialı açıqlama

7 Dekabr 2022, 12:50

Türkiyənin paytaxtı Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş prezidentliyə namizədliyi ilə bağlı müzakirələrə aydınlıq gətirib.

 

Modern.az “Cumhuriyet”ə istinadən xəbər verir ki, Yavaş bu barədə gənclərlə görüşü zamanı danışıb.

 

Görüşdə iştirak edən gənclərdən birinin “Namizəd olacaqsınızmı?” sualına cavab verən bələdiyyə sədri bunun hansı şərtlərlə mümkün olacağını açıqlayıb.

 

“Mən bu sualı eşitməmək üçün heç bir yerə getmirəm. Altılı Masa nə desə, ona əməl edəcəyik. Namizədi müəyyən etmək onların işidir. Altılı Masa istəsə, prezidentliyə namizəd ola bilərəm. Ankara xalqı bizi Ankara üçün seçib. Xidmət etməyimizi istəyir. Bizə başqa bir iş tapşırılsa, bunu Altılı Masa edə bilər, onu da edərik”, - deyə Mansur Yavaş söyləyib.

 

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkilərinin 2023-cü ilin iyununda keçirilməsi gözlənilir. İqtidarın, eləcə də Cümhur İttifaqının namizədi hazırkı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Müxalifətdə isə əsas siyasi qüvvə hesab olunan, ötən seçkilərdə Millət İttifaqını formalaşdırmış, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, eləcə də sonradan bu partiyalarla əməkdaşlıq edən Gələcək və DEVA Partiyalarının qurduğu Altılı Masanın namizədi hələ açıqlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir