Modern.az

Avropa ABŞ-ın hər sözünə “eşidirəm” deyir – Lavrov

Avropa ABŞ-ın hər sözünə “eşidirəm” deyir – Lavrov

7 Dekabr 2022, 14:20

“Avropa İttifaqı da çoxqütblü dünyanın qütblərindən biri ola bilər”.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

“Avropa İttifaqı hələlik çoxqütblü dünyanın qütblərindən biri olmaq üçün bütün xüsusiyyətlərini qoruyur, o, qütblərdən biri ola bilər. Amma Avropanın bu proseslərdə iştirak edə bilməsi üçün dərk edilməlidir ki, ABŞ-ın hər dediyinə 100 faiz “eşidirəm” cavabını demək mütləq deyil”, - Lavrov söyləyib.

 

Nazir NATO rəsmilərinin Qorbaçov və Yeltsinə şərqə doğru genişlənməmək barədə verdiyi vədləri unutduğunu qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür