Modern.az

Putin Paşinyanla görüşəcək

Putin Paşinyanla görüşəcək

8 Dekabr 2022, 17:11

Rusiya prezidenti Vladimir Putin sabah Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

 

O, görüşün 9 dekabr tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcəyini deyib.

 

Qeyd edək ki, sabah Vladimir Putin və Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Qırğızıstana səfəri gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal