Modern.az

ABŞ Putini yeni sanksiyalar paketi ilə “vuracaq”

ABŞ Putini yeni sanksiyalar paketi ilə “vuracaq”

Dünya

9 Dekabr 2022, 13:36

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda ABŞ təcavüzkar ölkəyə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Yaxın vaxtlarda sanksiyaların tətbiq ediləcəyi gözlənilir.


Modern.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, söhbət Rusiyanın Ukraynada İran pilotsuz təyyarələrindən (PUA) istifadəsinə və insan haqlarının pozulmasına görə nəzərdə tutulan sanksiyalardan gedir.


Sanksiyalar ABŞ-ın yurisdiksiyası altında olan istənilən aktivləri donduracaq, ABŞ-a səyahətə və işgüzar münasibətlərə qadağa qoyacaq. Bundan əlavə, İran hərbi pilotsuz təyyarələrinin Ukraynadakı hədəflərdə istifadə üçün təhvil verilməsinə görə Rusiyanın müdafiə sənayesi müəssisələrinə də sanksiyalar tətbiq olunacaq.


ABŞ Qərbdə saxtakarlıq hesab edilən seçki sistemini idarə edən Rusiya Mərkəzi Seçki Komissiyasına qarşı da sanksiyalar hazırlayıb.


Planlaşdırılan sanksiyaların əsas hissəsi qlobal “Maqnitski Qanunu”na uyğun olaraq tətbiq ediləcək. Onun köməyi ilə ABŞ insan haqlarının pozulmasında və korrupsiyada ittiham olunan yüksək rütbəli hökumət, hərbçi və biznes nümayəndələrini mühakimə edir.


2022-ci il may ayının sonunda Avropa İttifaqı ölkələrinin liderləri Rusiya neftinin ixracına qadağa qoyulması barədə razılığa gəliblər.

Dekabrın 3-də Avropa İttifaqı Şurası Rusiyadan ixrac edilən neftin tavan qiymətinin bir barel üçün 60 dollar müəyyən edilməsi barədə qərar qəbul edib.

5 dekabr 2022-ci ildə Aİ-nin Rusiyaya qarşı neft sanksiyaları qüvvəyə minib.

2022-ci il dekabrın 7-də Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır