Modern.az

Ermənistan ordusunu gücləndirmək üçün dəstək veririk - ŞOYQU

Ermənistan ordusunu gücləndirmək üçün dəstək veririk - ŞOYQU

Dünya

9 Dekabr 2022, 14:50

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya-Ermənistan münasibətlərindən danışıb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, nazir bu mövzuya Moskvada MDB və ŞƏT müdafiə nazirlərinin toplantısı zamanı toxunub.

 

“Ermənistan bizim əsas strateji tərəfdaşımız və Cənubi Qafqazdakı müttəfiqimizdir. Rusiya ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm verir və Ermənistan Silahlı Qüvvələrinin potensialını artırması üçün dəstək göstərir”, - Şoyqu deyib.

 

“Rusiya regionda stabilliyin təmin olunmasında maraqlıdır və bunun üçün maksimum səy göstərir”, - nazir əlavə edib.

 

İclasda Rusiya və Ermənistan Müdafiə Nazirlikləri arasında 2023-cü il üzrə əməkdaşlıq planı müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür