Modern.az

Vahid qaz bazarı müəmması - Prezident iradlarını bildirdi

Vahid qaz bazarı müəmması - Prezident iradlarını bildirdi

9 Dekabr 2022, 17:28

Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələr arasında vahid qaz bazarı formalaşdırmaq layihəsindən danışıb.

 

Modern.az “BELTA”ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə ittifaqa üzv ölkələrin dövlət başçılarının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammitində danışıb.

 

“Aİİ ölkələri vahid qaz bazarı yaratmaq üçün tələsməyə hazır deyil. Buna görə də qaz məsələsi 2025-ci ilə qədər ikitərəfli qaydada həll olunmalıdır”, - Belarus prezidenti deyib.

 

Lukaşenko Aİİ ölkələri arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir